Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 207.879 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
YaponiyaŞərqi Asiyada yerləşən ada ölkəsi. Yaponiya Sakit okeanda, Yapon dənizinin, Şərqi Çin dənizinin, Çinin, Şimali Koreyanın, Cənubi KoreyanınRusiyanın şərqində yerləşir, şimalda Oxot dənizinə, cənubda Şərqi Çin dəniziTayvan adasına qədər uzanır. "Yaponiya" adının "günəş" mənası kanci ilə bağlıdır və Yaponiya tez-tez "Gündoğan ölkə" adı ilə çağırılır. Yaponiya 14.125 adadan ibarət stratovulkanik arxipelaqdır. Yaponiyanın ən böyük dörd adası — Honşu, Hokkaydo, KyuşuŞikoku adası ölkə ərazisinin təxminən 97 %-ni əhatə edir.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Süleyman bəy Zülqədər (ö. 1454) — 1442-ci ildən vəfatına qədər Anadolunun cənubunda yerləşən Zülqədəroğulları bəyliyinin altıncı hökmdarı. O, atası Nasirəddin Məhəmməd bəyin (hökmdarlığı: 1399–1442) dövründə Kayseri valisi kimi xidmət etmişdir. Süleyman bəyin hakimiyyəti nisbətən sakit keçmişdir. Onun hakimiyyəti dövründə əldə etdiyi ən böyük nailiyyəti öz qızlarının Zülqədəroğulları bəyliyinin aralarında bufer zona kimi rol oynadığı iki böyük gücün hökmdarları – Osmanlı sultanı II Mehmed (hökmdarlığı: 1444–1446, 1451–1481) və Məmlük sultanı Seyfəddin Çaxmaq (hökmdarlığı: 1438–1453) ilə siyasi evliliklərini təşkil etməsi olmuşdur. Hakimiyyətinin sonlarına yaxın Süleyman bəy Ağqoyunluların daxili mübarizəsinə qarışmış, bu münaqişədən sonra Bayandurlar sülaləsinin bəzi üzvləri onun himayəsinə sığınmışdır.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Böyük Britaniyanın baş nazirlərinin siyahısıBöyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri, nominal olaraq dövlət başçısı Britaniya monarxı tərəfindən təyin edilən hökumət başçısıdır və bir çox icraedici funksiyaları icra edir. XVIII əsrdə meydana gələn Nazirlər kabinetindən ibarət olan hakimiyyətin başçısı "Baş nazir" (bəzən "Birinci nazir") adlanırdı; bu günə qədər də Baş nazir həmişə nazirliklərdən birinin yerini tutmuşdur (adətən xəzinənin birinci lordu).

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli